Şövkət Zərin Horovlu. - Bu gecə

Ədəbiyyat 13:20 / 10.08.2026 Baxış sayı: 281

Yenə yada düşdün itən gəncliyim,

Yanımdan yel kimi ötən,gəncliyim!

Bu gecə

Gəl duraq üz-üzə,nəfəs -nəfısə,

Bu eşqi hicrandan alaq bu gecə.

Ay doğsun bürünüb aydınlığına,

Sübhətək beləcə qalaq bu gecə.

Sənli,mənli olsun bu uzun gecə,

Nə ulduzlar görsün,nə də ay bilsin.

Bu sevgi ömürdən yeltək keçməsin,

Ürəklərdə həsrət danışsın, dinsin.

Xəlvəti çəkilib qaranlıqlara,

Gecəni,gecədə uyudaq yenə.

Bu eşqi çıxarıb kövrəkliyindən,

Sinəmizə sıxıb ovudaq yenə.

Dərib yuxumuzu göylərdən asaq,

Yenə o dan yeri gzləsun bizi.

Oyanıb bu eşqin hənirtisinə,

Əzəlki duyğular izləsin bizi.

Dayanaq üz-üzə,nəfəs-nəfəsə

Bu eşqi hicrandan alaq bu gecə.

Ay doğsun bürünüb aydınlıgına,

Sübhətək beləcə qalaq bu gecə.