Şakir Xanhüseyn  -   Tərəziyə..

Ədəbiyyat 10:00 / 10.02.2026 Baxış sayı: 375

 

 

***

Hələ bir fikrini tərəzidə çək,

həsrəti, xiffəti vur tərəziyə...

Kini, küdurəti, qərəzi də çək,

gəlirmi heç abır, ar tərəziyə...

 

Yuva ki deyildir qurduğun xəyal,

qan ilə sovuşur hər cəngi-cidal...

Haqsızlıq üzünə kim oxudur val,

kimdi hiylə edən, gör, tərəziyə...

 

İşində çox ləngsən, sözündə yeyin,

varsa da söyləmə dərdin, gileyin...

Pərsəngi qoy olsun əl təmizliyin;

bir vicdanına bax, bir tərəziyə...