Şakir  Xanhüseyn - OVCUM...

Ədəbiyyat 13:19 / 03.02.2026 Baxış sayı: 513

OVCUM...

Ovcuma baxıram

dua edəndə;

sanki bir aynadı ovcum,

alın yazımdı...

Yaddaşımda səs:

“bir şey qoy uşağın ovcuna”,

“ovcunu açma ha, bala...”

Qabarlar ovcumda

bir göynəyən söz,

baxın, əlimdə köz tutmuşam, köz...

didik-didik, düyün-düyün

gördüyün

ovcum...

Olur ki, hər nəzər yetirdiyimdə

məni min fikrə düşürən,

barmaq uclarımla

az qala deşilən

ovcum...