Əşrəf Veysəlli - GƏLSİN

Ədəbiyyat 13:00 / 03.02.2026 Baxış sayı: 671

 

Maşallah,- gözəllər gözəl dincəlir,

Gözələ baxırsan- göz, əl dincəlir.

Soruşdum, dedi ki, gözəl dincəlir,

Dedim, bir zəng elə, elə ha- gəlsin

 

Bu xəzəl deyilən xəzana candı,

Sarınmış yaramı xəzan açandı.

De ki, gülün ömrü xəzanacandı,

Sonra ha görünsün, elə ha gəlsın.

 

Köksümə tuşlanan eşqin oxu, sın,

Vermərəm qəlbimi heç kim oxusun.

Qorxuram gözümdən eşqim oxunsun,

Ay qarğışa düşsün, il aha gəlsin.

 

Hər anım bir ildi, hardasan, gözüm,

Əşrəf ki bilirdi hardasan , gözüm.

De, harda görmüsən, harda sən, gözüm,

Bəndə hüzuruna İlahə gəlsin?!