Aləmzər   Sadıqqızı - Qoy isitsin Aləmi...

Ədəbiyyat 13:40 / 03.02.2026 Baxış sayı: 764

 

Yenə halım qəribə,

Yenə gözlərim yaşlı...

Göy üzü qaş-qabaqlı,

Bir az çiskin yağışlı...

 

Yenə yuxu görmüsəm

Qorxu alıb yanımı ...

Tanrım pənahım sənsən,

Hələ alma canımı...

 

Can sənindi bilirəm,

Bilirsən xoş günüm yox .

Gəl uzat əllərini,

Sənə ehtiyacım çox.

 

İştə, ölüm səninçün,

Bir az yaralarım var...

Hər gün dua etdiyim,

Sınıq balalarım var...

 

Mən ki, sənin qızınam,

Sən yaratmısan məni.

Mənə elə Günəş ver,

Qoy isitsin Aləmi...

 

29.1.2026.