Bəhram Bilaloğlu - Günah bənzəmədi qayaya,daşa

Ədəbiyyat 17:16 / 13.02.2026 Baxış sayı: 396

Günah bənzəmədi qayaya,daşa,

Bağlasın üzünü,örtsün üzünü.

Nəmli yosunları,yaşıl mamırı,

Yaxsın fırçasıyla örtsün gözünü.

 

Bulanıq suların suyu qarışdı,

Şəffaflıq gizlində qaldığı üçün.

Qoynunda üzənlər min kam aldılar,

Gözəllik gözlərdə olduğu üçün.

 

Yeraltı axdılar ağac dibinə,

Almağa qarşısın səbəb olmasın.

Təbiət əsərin yazan Allaha,

Açın o əlləri,əzab olmasın.

 

Savaba yol açın,gülsün üzünüz,

Təbəssüm verəcək,yaşadacaqdır.

Ruhunda oyadıb duyğu notları

Məhəbbət adına daşıdacaqdır.