İdris   Babayev  :  - SEVGİLİLƏR GÜNÜNÜZ MÜBARƏK.

Ədəbiyyat 13:35 / 14.02.2026 Baxış sayı: 420

 

Tarixdə o qədər igidlər olub,

Canın fəda edib elindən ötrü.

Haqqı üzə deyib susmayanların,

Başı bəla çəkib dilindən ötrü.

 

Bu eldə nə qədər igidlər olub,

Sevib, sevdiyinə layiq ər olub,

Gah bağbanlıq edib, gah mehtər olub,

Sevdiyi gözəlin telindən ötrü.

 

İndi dövran keçib, zaman dəyişib,

İgidlər qəlbini kədər, qəm deşib,

Üç uşaq anası ərin dəyişib,

Ona almadığı gülündən ötrü.

Bu gün sevgililər günüymüş demə,

Çoxu evdəkini aldadıb yenə,

Bənd olub bir saxta, riyakar himə,

İçəcək bir "incə bel"indən ötrü.

14.02.2026