Şakir Xanhüseyn - ƏLİMİZİ QALDIRMAQ
Ədəbiyyat
10:56 / 26.04.2026
Baxış sayı: 314
əlimizi qaldırmalıyıq;
əlimizi qaldırmaq
cavabımız var deməkdi bir suala...
bir az isti,
iti tutmalı əllərimizi
salama da,
yara sarımağa da...
Əlimizi hər qaldıranda--
təslim üçün yox amma--
ruhumuzdakı qalxınmaya da
bir yol görünməli...
nəsə əlimizdən bir iş gəlməli ki,
bir iş gəlməyə başımıza,
bax ha...
əlimizi qaldırmağı öyrənməliyik, bəli,
bir ulduza dəyməli,
aya toxunmalı əlimiz,
bir çiçəyə kəpənək qonmalı!
və bəzən əl də çalmalıyıq
əllərimizin şərəfinə,
hə!..