Adil Şirin - İndi sonu görünməyən
Ədəbiyyat
15:30 / 26.04.2026
Baxış sayı: 223
* * *
Gözlərin yolda qalıb,
Bu duman hardan gəlib,
Bu duman hara gedəcək?
Nə dağlar görünür,
Nə yol görünür,
Bu duman məni dəli edəcək...
* * *
İndi sonu görünməyən,
Yoldu içimdəki həsrət.
Yalan dünya dediyin,
Dörd fəsil qürbət.
Yolun sonunda bizi
Gözləyir bir xəyalət...
* * *
Qarışdırdım gümanımı,
Bu duman bizim dağların dumanımı?
Harda olsaq,
Hara getsək başımız dərddə.
Ölüb, ölüb dirilirik,
Vətən dediyimiz qürbətdə...