Aləmzər Sadıqqızı : - Bir Alem var...
Ədəbiyyat
19:15 / 25.04.2026
Baxış sayı: 792
Quş qədər də olmadım,
Yuva qurum özumə.
Hər gün gözüm yaşıyla,
Can verirəm sözümə...
Ayaq saxla, yol gedən,
Sənə bir çift sözüm var...
Yolun Göy üzünəsə,
Məndən də salam apar.
Əlimdə bir məktub var,
Özüm kimi ünvansız...
Tək o göydəki bilir,
Bir Ailəm var günahsız...
25.4.2026.