Ay Bəniz Əliyar -Mən belə küsəndə könlümü alma
Mən belə küsəndə könlümü alma,
Burax, öz-özümlə baş-başa qalım.
Nəvaziş eyləmə, qayğıma qalma,
Özüm küsdüyümə peşiman olum.
Mən belə küsəndə qəlbim qırılır,
Dünya mənim kimi qırılğan dolu.
Qəlbim qırılanda küsürəm axı...
Deyirsən, küsməyim səbəbsiz olur.
Sən də fikir vermə bu qırılğana,
Sən də fikir vermə bu qudurğana!
Özləri mənasız olan adamlar,
Küsməyi çox zaman mənasız sayır.
Məndə də bir azca qəribəlik var,
Barışmaq mənimçün asan olmayır.
Barışmaq zamanı önləmək olur,
Barışa bilmirəm mən də elə bil.
Gərək bir az zaman keçsin aradan,
Bir az toparlayım özüm-özümü.
Təzəcə inciyən, küsən bir adam,
De, necə hər şeyə yumsun gözünü?
Ruhum tikələnir küsəndə hər gün,
Nələr çəkdiyimi bir Allah bilir.
Bəlkə də bir daha küsməmək üçün,
İndi belə tez-tez küsməyim gəlir.
Dözümsüz oluram, bəlkə də, belə,
Bu küsmək deyilsə, sən söylə, nədir?
Bəlkə müvəqqəti ayrılıq ilə
Özünü qorumaq instinktidir?
Mən belə küsəndə könlümü alma,
Sən də bu günaha səbəbkar olma.
Məni öz-özümlə burax həmin an,
Könlümün immunal qəhrini udum.
O qədər vaxt, zaman keçsin aradan,
Niyə küsdüyümü özüm unudum!