Əlirza HƏSRƏT - AĞLAYA BİLMƏDİM,YAŞ GÖZDƏN DÜŞDÜ
Ədəbiyyat
14:21 / 25.04.2026
Baxış sayı: 818
Çiləsi uzanan çovğunlu qışdım,
Üşüyən quşlara mehr salmışdım.
İlahi,haçandı dolub qalmışdım,
Ağlaya bilmədim,yaş gözdən düşdü.
Dağlar gəl-gəl deyir dumana,çənə,
Düzdə könül açıb çiçək çəmənə.
Qorxdum ki ağırılıq eləyər mənə,
Çiynimə qoyduğum baş gözdən düşdü.
Bir qərib ah çəkdi,bu nə qübardı,
Elə ayrılıq var eşqə nübardı.
Hər yaz ürəyimdə yuva qurardı,
O küsüb gəlməyən quş, gözdən düşdü...