Şakir Xanhüseyn : -BİR ŞEİR YAZMIŞAM...
Ədəbiyyat
16:36 / 06.07.2025
Baxış sayı: 6780
Bəzən yıxılanda da,
ayaqda qalmağı yazmışam bir şeir,
kəsilən anda da
ümidi kəsilməyən
bir ağac olmağı yazmışam...
Bir şeir yazmışam
insanın insana etibarını,
heç nəyin yoxluğunu- könül varımı
yazmışam bir şeir...
Külək əsəndə
mən öz budağımda bir yarpaq
əsməməyi,
ayağımın altından qaçsa da,
yerdən ayaq üzməməyi
bir şeir yazmışam...