Sabir Yusifoglu : - Köhnə kişiyəm

Ədəbiyyat 09:02 / 20.06.2025 Baxış sayı: 2139

 

Sən mənə çox fikir vermə ,

Bir az köhnəlmiş kişiyəm .

Ağlına gəlməyən belə

Dərdlə yüklənmiş kişiyəm.

 

Hər şey köhnəlmiş bayatı,

Ümid cücərir,boy atmır.

Hər hava canıma yatmır,

Sözə köklənmiş kişiyəm.

 

Bir günüm bir ömrə yetər,

Bu ömür də bir gün bitər.

Dünyada Allahdan betər

Təkəm,təklənmiş kişiyəm.