"Rusiya alimləri xərçəngə qarşı peyvənd yaratmağa yaxındırlar" - Putin

DÜNYA 21:30 / 14.02.2024 Baxış sayı: 2381

"Alimlərimiz xərçəngə qarşı peyvəndin yaradılmasına yaxınlaşa biliblər".

Yenises. az xəbər verir ki, bu barədə  Rusiya prezidenti Vladimir Putin dövlət başçısı Gələcək Texnologiyalar Forumunda danışıb.

"Biz onko-vaksinlər adlandırılanları - xərçəngə qarşı peyvəndləri və yeni nəslin immunomodulyatorlarını yaratmağa yaxınıq" deyə ölkə lideri bildirib.

Putin ümid etdiyini bildirib ki, dərmanlar tezliklə fərdi terapiya metodları kimi effektiv istifadə olunmağa başlayacaq.