Rayonlarda istirahət və bayram günləri üçün HAVA PROQNOZU

MƏMLƏKƏT 21:26 / 17.03.2023 Baxış sayı: 1034

Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Yenises.az-a verilən məlumata görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir.

Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.

Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.