Əlirza HƏSRƏT - ANA DİLİMİZ
Bu dil nurlu sabah,üzə gülən dan,
Bu dilin qədrini anlamaz nadan.
Xalqdır dilimizi sevib ucaldan,
Bizim dilimizin yiyəsidir xalq.
Söz var,dilimizdə döndüsə közə,
Namərd qarşımızda çətin ki dözə.
Ən gözəl kəlməyə,ən gözəl sözə,
Mənim Ana dilim,deyəsidir xalq.
Məlhəmdir,yaraqdır cana dilimiz,
Bəzəkdir şöhrətə,şana dilimiz.
Tükənməz sərvətdir ana dilimiz,
Bu dildə özünü öyəsidir xalq.
...Ey ana dilimə xor baxan harın,
Getmə güdazına sən nadanların.
Bu dili qoruyub yaşadanların,-
Önündə vallah,baş əyəsidir xalq.