Xanım İsmayılqızı - O - Ondan gələn, Ona gedən olmaq istəmişdi...

Ədəbiyyat 14:15 / 31.07.2026 Baxış sayı: 606

O - Ondan gələn, Ona gedən olmaq istəmişdi...

O - su pərisi, dinozavr, yadplanetli, kentavr

Adəm qalmaq istəmişdi...

Füzulinin "Şəbi-hicranı"nı,

Səttarın fırçasının sehrini və ahəngini,

Camal Sürəya hissini və sözünü,

Mosartın halını və əhvalını,

Paqanini skripkasının qopmayan simini,

Nəsimi dühasını və qələmini,

Salvador Dali ecazını və dəliliyini,

Üzeyir fövqəlbəşəriliyini,

Aşıq Veysəlin görmədən getdiyi "uzun, incə bir yol"unu

Yaradanın

içinə toxunmaq,

içinə toxumaq

və oxunmaq istəmişdi...

...Sən oxuya bildinmi

qaranlıqda keçmişin divarlarından tutub işığa doğru gözləri ilə yürüyən Adamı?..

...Baxdım...

Susdum...

Udqundum...

Və oxudum...

O qabarlar, O çapıqlar,

O qırışlar, O baxışlar,

O yaralar, O naxışlar

Əsrarəngizdi...

O - ruhuna kənizdi...

 31.07.26