Ayaz Arabaçı - Bir gün..

 

Ədəbiyyat 13:50 / 31.07.2026 Baxış sayı: 585

Bir gün..

Çox bitkindim,həm də acdım,

Ümid yalnız göylər idi,

Əllərimi göyə açdım.

Göylər susdu, Tanrı susdu.

Hardansa bir külək əsdi,

Əsib-əsib qəzəb qusdu.

Gördüm bir sağ yerim yoxdu.

Hər tərəfim qızdırmadı,

üşütmədi.

Tanrı məni eşitmədi.

Amma yenə qırılmadım,

amma yenə darılmadım.

Son silahım şeytan idi,

sarılmadım.

Dedim görüm mənə tərəf

Bir əl atıb baxt uzanır.?.

Səbiirsizdim,dözümsüzdüm,

İnsan

ən çox gözləyəndə

vaxt uzanır.

Mən

illərlə bir möcüzə gözləməyə

davam etdim..

Bu inamı suyum etdim,

havam etdim.

Möcüzələr olmadı heç,

möcüzələr gəlmədi heç.

Eybi yoxdu dedim,

neynək,

Tanrıdı də işi çoxdu-

Bunu da keç..