Ağaevli Əli Hacı - Verdim verənə payımı

Ədəbiyyat 09:29 / 01.08.2026 Baxış sayı: 501

Verdim verənə payımı,

Özü əksin,özü biçsin !

Qul əməyin yeyən çoxdur,

O,da yesin,qul incisin !

 

Ölən yoxdur hal bilənə,

Verib dili dil bilənə !

Sözü yerində ölənə,

Özü verib dil ölçüsün !

 

Düzdə yaxın tanışım yox,

Dağdı,daşdı tanışım bax !

İlahi ! Gəl,başıma qalx,

Ordan sənə yol ölçülsün