Qubada ayıların kəndə hücumu
MƏMLƏKƏT
11:32 / 23.09.2025
Baxış sayı: 5265
Qubada kəndə hücum edən ayılar mal-qaranı parçalayıblar.
Yenises.az xəbər verir ki, rayonun Səbətlər kəndində şəxsi təsərrüfatlar ayı hücumuna məruz qalıb.
Ayılar kənd sakinləri İsa Hüseynova məxsus camışı və Sübhan Əhmədova məxsus inəyi parçalayıblar.
Sakinlər ayıların izlərinin kəndin müxtəlif ərazilərində də müşahidə olunduğunu bildiriblər.