Qarabağ Universitetinin ilk tələbəsi - FOTO

Elm 15:52 / 15.06.2024 Baxış sayı: 1634

Qarabağ Universitetinin ilk tələbəsi məlum olub.

Yenises.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov feysbuk hesabında paylaşım edib.

Rektor bildirib ki, sözügedən universitetin ilk tələbəsi 654 balla hüquqşünaslıq ixtisasını seçən Əli Rüstəmzadədir.

Ə. Rüstəmzadə Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur.