..... belə... yazdı Aləmzər Sadıqqızı

Torpağın dodağı gülümsəyəcək bir gün...
Sənin dodaqlarının təbəssümü donanda...
Çatlayacaq torpağın sinəsi sənin görüşünə...
Sənin içində bitəcək yaşamağa saxladığın
Bir çınqı ümid....
Buludlar kirpiyini sıxacaq...
Evin tavanında ruhun üşüyəcək....
Əllərin toxunacaq adamların...
Göz yaşına...
Təbəssümünə...
Sözlərinə....
Ağlayacaq əllərin...
Sonra torpağın çatlayan sinəsi alacaq səni ağuşuna...
Göz yaşlarından bir daş bitəcək...
Daşın sənə bənzəyən üzü darıxacaq ...
Hərdən kimsə toxunacaq daş təbəssümünə...
Sənə ürəyində layla oxuyacaq...
Sənin kimsədən xəbərin olmayacaq...