Xatirə Rəhimbəyli : - Səni unuduram...

Ədəbiyyat 14:13 / 25.07.2025 Baxış sayı: 870

Səni unuduram...əriyib fikrin

Düşür lələr-lələk zər qanadları...

Səni unuduram...gözümün seli

Yuyur köksümdəki dərin çatları...

Səni unuduram...ölür ovcumda

Sözün alabəzək kəpənəkləri.

Səni unuduram... məzarı olur

Əlvan çiçəklərin çiçək ləkləri...

Səni unuduram... düşüb boşluğa

Səhra küləyi tək ulayır ürək.

Bu qədər boşuna acı çəkmişəm,

Səni unudaydım əzəldən gərək

Səni unuduram... unudam gərək

Yaddaşım da qalsın,bir dənəm, sənsiz.

.........Harda quzu mələsə,

.........Bil ki,o,mənəm sənsiz...

Səni unuduram...