Paytaxtda  yenidən qurulan parklanmada tariflər müəyyənləşdi

MƏMLƏKƏT 17:26 / 26.03.2024 Baxış sayı: 1193

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.

Yenises.az  "Unikal"-a  istinadla   xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.

Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Parklanma qiymətləri aşağıdakı kimidir :

15-30 dəqiqə - bir manat,

30-60 dəqiqə - iki manat,

1-2 saat - dörd manat,

2-3 saat - altı manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.