PAXIL ADAMLAR - İSMAYIL MƏRCANLI İMANZADƏ
Ədəbiyyat
14:00 / 07.06.2026
Baxış sayı: 301
Ruhu dinclik tapmır paxıl adamın,
Özgənin sevincin həzm edə bilmir.
Dönür zülmətinə bir uçuq damın,
Gah eyni açılmır, gah üzü gülmür.
Qəzəbi kükrəyən gizli mərəzi,
Birinin xoş günü için yandırır.
“Qəlibə” sığmayan kini-qərəzi
Dumanlı başını qidalandırır...
Dərk etmir suçunu heç vaxt... ölüncə
Bulanıq könlünə bir zülmət çökür.
Ağlına gəlmir ki hər şeydən öncə,
Özü öz içini dağıdıb sökür...
Niyə bəd əməllər, çoxalır, niyə?
Bədxahlıq bəduğur göz nişançısı.
Bəlkə də qanları xarabdır deyə,
Paxıl adamların kəsmir sancısı!..
07.06.2022