Aləmzər Sadıqqızı - Könlündə apar
Ədəbiyyat
13:46 / 07.06.2026
Baxış sayı: 357
Bəzən kövrəlirəm körpə uşaq tək,
Bulud tək yağmağa yer axtarıram...
Səni həyatıma köçürmək üçün,
İçimdə ən gözəl yer saxlayıram...
Elə tut əlimdən əllərim gülsün
Səninlə bir günüm bir əsr olsun...
Ömür var bir günə dəyməz əzizim...
Sən ol yar, qalanı qoy kəsir olsun
Nə var istəyirəm nə də ki dövlət,
Aləmin ürəyi ən gözəl saray...
Tanrıdan bizimçün tək diləyim var...
Məni son mənzilə könlündə apar...
6.6.2025