Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edib

SİYASƏT 08:48 / 12.02.2024 Baxış sayı: 1476

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb.

Yenises.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb. İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.