Məmməd Qədir -Adam
Ədəbiyyat
19:34 / 26.08.2026
Baxış sayı: 136
Təcnis
Bilirsən canından dəyərli kimdi,
Canını canında can bilən adam.
Dərdini öz dərdi bilən həkimdi,
Ürəyi tanıyan, can bilən adam.
Ağladım güldükcə,- "çoxusu Allah",
Axı canımızın çoxu su...Allah,
Cana azar deyir çoxusu, Allah,
Bilməyən şeytandı, can bilən,- adam..
Məmməd, kaş biləydin Haqqın xətri nə,
Çox dəydik doğrunun, haqqın xətrinə,
Bağışla bildiyin Haqqın xətrinə,
Biz səni bilmədik, caan, bilən adam