Xatirə  Rəhimbəyli - Səni sevmək günahmış

Ədəbiyyat 11:40 / 26.08.2026 Baxış sayı: 239

Səni sevmək günahmış,

Suç üstdə yaxalandım…

Bir dəlil-sübut kimi

Alındı eşqim, yandım…

 

İllər uzunu çəkdi

Araşdırma ,təhqiqat .

Ən ağır cəza kəsdi

Mənə bu zalım həyat.

 

Qəmin boynumda zəncir,

Mənə məhbəsdir komam.

Eh,o gündən ömürlük

Yaşamağa məhkumam