Ağaevli Əli Hacı - Günahlarım-olmağımdır

Ədəbiyyat 11:32 / 26.08.2026 Baxış sayı: 226

Günahlarım-olmağımdır,

Bağladım tövbə qapısın !

Yerdə,göydə nə günah var

Yıxın üstümə hamısın !

 

Qələm-Dövlət,Söz-Millətim

Eşq-bayrağım,İman-evim !

Torpaq,hava,odu,suyu,

Bədənimdə-ruh köynəyim !

 

Əl-ayağım yol üstədir,

Baş istidə,gah da qışda !

Gözlərimin suyun kəsdim,

Ürək,su içsin yağışdan !