Xəyalə Sevil - Dodağında siqaret

Ədəbiyyat 10:55 / 26.08.2026 Baxış sayı: 171

Dodağında siqaret,

Qulağında türkülər-

Məni yaxşı unut ki,

Qəfil adım çəkilər.

 

Qəfil adım çəkilər,

Diksinərsən adımdan.

Uçurduğun xəyallar

Vurular qanadından.

 

Ürəyin isinməyə,

Sığınmağa dam gəzər.

Üzündə ərköyünlük,

Ruhunda edam gəzər..