Şövkət Zərin Horovlu. - Özüm ölməyəcəm ki
Arxada danışıb üzə gülənlər,
Mən dizə hesabat verməyəcəm ki.
Tanrı payı ömrü qoyun yaşayım,
Bir də bu dünyaya gəlməyəcəm ki?
Məndən sonra yüz cür yalanlar deyin,
Ya tərif eləyin, şənimi öyün.
Günahına batın , bu yerin -göyün,
Gəlib günahsızam, deməyəcəm ki?
Deyin saçlarının ağı çoxuydu,
Gözündə zərrəcən sevinc yoxuydu.
Amma,onun gözü-könlü toxuydu,
Yalandı,gerçəkdi bilməyəcəm ki?
Ölüm hamını bir soyunduracaq,
Mizan,tərəzi də bir qurulacaq.
Varlı, kasıb hamı bir tən olacaq,
Günahınızı mən bölməyəcəm ki?
Bu ömrü Şövkətə verəndən sorun,
Yaxşını-yamanı görəndən sorun.
Birun tez,birin gec dərəndən sorun,
Fərmansız mən özüm ölməyəcəm ki?