Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Gündəm 09:07 / 28.05.2023 Baxış sayı: 1847

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.

Yenises.az  xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!".