Elnur Uğur Abdiyev : - İlahi,bu suyun rəngi başqadır

İlahi,bu suyun rəngi başqadır,
Rəngi uzaqlardan başqa tam dadır.
İçinə girirsən lehim doludur,
Adı adam boyda adam aldadır.
İlahi,bu suyu kim bulandırıb?
Hardan axıb gəlir gözü bu suyun!
Suda suluq yoxdu, sanki hardasa,
Elə bil sıxıblar suyunu suyun
İlahi, bu suyun mənsəbi bəlli,
Mənbəyi gün düşməz hicran dağıdır.
İki əsrlik haqqı boğulan xalqın,
Sinə dağlarının ağrılarıdır.