İLHAMƏ  MƏHƏMMƏDQIZI, AY B və AJB-nin üzvü : - Təhslimizin sevilən Sevili

Elm 11:54 / 22.09.2022 Baxış sayı: 1951

 

 

Müəllim bağbandır, elə bağban ki,

Hər gül qönçəsində bir ömür yaşar.

Müəllim loğmandır, elə loğman ki,

Səsində, sözündə min bir məlhəm var.

Узун илляр юмрцнц Сумгайыт маарифиня щяср етмиш, рийазиййат елмини пешякаръасына шаэирдляриня ашыламыш Севил Камилованын щяйат йолуна ишыг тутмаьы юзцмя mənəvi боръ билдим. О, сюзцнщягигимянасындаидарячилийи, ъидди низам-интизамыилящямишясечилиб. Илляркечсядяяслзийалы кими мцяллимляринвяшаэирдйетирмяляринингялбиндядярин из бурахыб, щюрмятвяещтирамгазаныб. OndaAzərbaycanqadınınaxasolanmüsbətkeyfiyyətlərcəmlənib. Qürurludur, sadədidr, təvazökardır, ailəcanlıdır, həyat   və  əmək  təcrübəsi   hər  kəsə  örnəkdir.

1946-cı ilin avqust  ayının 12-də   Kürdəxanı  kəndində doğulub. 113 nömrəli orta məktəbdə oxuyub:

- Mən müəllimliyi uzun illər BDU-nun tətbiqi-riyaziyyat üzrə professoru olmuş dayım Baləli Vəliyevin simasında sevmişəm. Uşaq vaxtı -  məktəbdə oxuduğum illərdə dayımla yol gedərkən bizimlə rastlaşan insanlar onu qucaqlayıb öpür, böyük hörmətlə, ehtiramla dil-ağız edirdilər. Onların kim olduğunu soruşanda dayım fəxrlə, qürurla, böyük məhəbbət, sevinclə "yetirməm olub” deyirdi. Mən o zamanlar fikirləşirdim ki, ilahi, bu müəllim necə böyük, xoşbəxt insandır, hamı onu sevir, ona hörmət edir. Və mən o zamandan müəllim olmağı qərara almışdım. Orta məktəbi əla qiymətlərlə, 1972-ъи лдя Azərbaycan Pedaqoji İnstitutunu рийазиййат факцлтясин müvəffqyitətlə bitirib sevimli müəllimlik peşəsinə qovuşdum. Nə yaxşı ki, bu müqəddəs peşəni seçmişəm. Müəllim işlədiyim müddət ərzində - hər dəfə sinfə girib şagirdlərimin mənə zillənən məsum baxışlarını gördükdə bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm.

Sumqayt şəhər 1 nömrəli məktəbdə işə başlamışam. Riyaziyyat fənnini tədris etmiş, direktor müavini vəzifəsinə irəli çəkimişəm. Sonrakı illərdə 16 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi pedaqoji fəaliyyətimi davam etdirmiş, bir müddət şəhər təhsil şöbəsində inspektor işləmişəm. Ayrı-ayrı illərdə 9 və 11 nömrəli orta məktəblərə rəhbərlik etmişəm. 

Sevil müəllimənin bir oğlu, iki qızı, 9 nəvəsi və 9 nəticəsi var. Övladlarının hamısı ali təhsilli olmaqla yanaşı, həm də cəmiyyətimizdə kifayət qədər nüfuz qazanıblar.

Sevil müəllimə həmçinin vaxtilə dərs dediyi, “dəlisov” saydığışagirdlərindən torpaqlarımızın azad olunması uğrunda vuruşduğnu, qalibiyyət qazandığını fəxrlə dilə gətirdi.  Sumqayıtda bütün sahələrə olduğu kimi, təhsilə də yüksək səviyyədə diqqət və qayğı göstərilir. Təhsilin inkişafı istiqamətində görülən işlər göz qabağındadır. Yeni məktəblərin tikintisi, rəhbrlik etmiş oduğum 9 nömrəli məktəbin yenisi il əvəzlnməsi, eyni zamanda bütün məktəblərin dam örtüklərinin təmir olunması, müasir istilik sistemi ilə təchiz edilməsi, şagird kontingenti sıx olan məktəblərdə yeni korpusların tikintisi – bütün bunlar, ilk növbədə təhsilin səviyyəsinin yüksəldilməsinə xidmət edir.      

Müəllim kimdir? Müəllim necə olmalıdır sualımıza Sevil müəllimə belə cavab verdi:

-Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi,düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. Müəllim təkcəözünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə birgə. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünüşagirdləri ilə paylaşır. Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.

Məktəbəəbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir: "Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isəəsas yük müəllimlərin çiyninə düşür. Bütün peşələr gözəldir, gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir.

Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkcəşagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə bir gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməkləbitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmişşəxsiyyət yetişdirir. Hər şeydən əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı iləşagirdlərinə nümunə olmalıdır. Y.A.Komenski biliksiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzədirdi.

Müəllimyaradıcıolmalı, keçdiyihərbirdərsəyeniyazacağıbirəsərkimibaxmalıdır.Müəllimyenilikçi, novatorolmalı, haçansa   öyrəndiyibilikləriilə   kifayətlənməməli, daim   öz   üzərində   şləməli, cəmiyyət     inkişaf   etdikcə   özü   də   inkişaf   etməlidir. Əks   halda   müasir   dövrlə   ayaqlaşan, savadlı   şagirdlər   yetişdirmək    mümkün   deyildir.

Müəllimlik   müqəddəs    bir   peşədir. Lakin   müəllim   unutmamalıdırkı, yetişdirdiy      hər    bir     şagird   qiymətli     bir    xəzinədir, gələcəkdə    xalqımıza   xeyir    verəcək    layiqli   bir    vətəndaşdır. Müəllimlik   çətin    peşədir. Amma    bir     şagirdin    qazandığı     uğur    çəkilən     bütün      əziyyətləri  birandasilir, yerini     xoş    bir    məmnunluq, sevinc    hissi   tutur.

Dahi   Nəsrəddin   Tusi    demişdir: "İnsanı   kamilliyə    çatdırmaq     məqsədi   güdən   sənət   dünya   sənətlərinin   ən   şərəflisi    olmalıdır”. Bu   sənət   elə   müəllimlik   sənəti, müəllimlik   peşəsidir. Mən  də   yeni   tədris   ilində    uğurlar    arzulayıram. Müəllimlərin   üzündən, çəkdikləri  zəhmətin   bəhrəsindən  doğan   təbəssüm,xoşbəxtlik   əskik    olmasın.

1966-cı ildən həyatını Sumqayıta bağlayan Sevil Kamilova şəhərimizin bu gün daha çox inkişaf etdiyini, gözəl, təmiz, hər tərəfin gül-çiçək olduğunu, buradan hədsiz zövq aldığını da dilə gətirdi.

Biz isəöz növbəmizdə təhsilmizin sevilən Sevilinə möhkəm cansağlığı, bol-bol sevinc arzulayırıq!