Naxçıvan Universiteti bağlanacaq

Elm 21:48 / 29.02.2024 Baxış sayı: 1145

“Naxçıvan Universitetinin bağlanması məsələsi var”.

Yenises.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin bugünkü brifinqində nazir Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu ali təhsil müəssisəsinin sonuncu kursunda olanlar universiteti bitirəcək, aşağı kurs tələbələri isə digər universitetlərə köçürüləcəklər:

“Aşağı kursda oxuyanlar ya qəbul imtahanında topladığı bala uyğun yerlərə köçürüləcəklər, ya da evlərinə yaxın universitetlərə”.