İslam TÜRKAY : - UNUDULMAZ DOSTA

Ədəbiyyat 08:39 / 14.01.2025 Baxış sayı: 600

 

Sən onu silmədin öz dəftərindən

Mən özüm özümü silib gedərəm…

Daha ürəyimə yazılıb adın,

Bu namərd dərdlərə gülüb gedərəm…

 

Bu sevgi yolunda qüssə-təlaşlar,

Hey başımda daşlar, gözümdə yaşlar.

Bitməz bu inadlar, gülünc savaşlar,

Sənə əlim çatmaz,bilib gedərəm…

 

Məndə can qalmayır o yana baxsan,

Su kimi sellənib hər yana axsan,..

Axı,canımı da sən aldın ,yoxsa

Canımı götürüb ,ölüb gedərəm…