Kəramət : - SƏKKİZ MİLYON MİNUS BİR

YAZARLAR 05:22 / 20.11.2023 Baxış sayı: 9231

 

QARĞIŞLA ALXIŞIN ARASINDA

-həyatda haqq aramaq

özü də haqsız işdi.

("İşıldaböcəklər" şeirimdəndi)

....baxıram şərq-müsəlman ölkələrinə..kralını, əmirini alqışlayır, iimam-molla-əmir-kral və sairədən tutmuş dilənçisinə qədər qərbi qarğışlayır.

Allahın da unutduğu yerlərdə Allaha ümid bağlayıb yaşayırlar.

Qərb isə çoxdan dindən dövləti ayırıb, dini-milli duyğularla Allahı baş-başa buraxıb, elm-bilim-bacarıq-reallıq üzərində bir həyat inşa edib.

YƏNİ ALMANİYA YARATMAQ ÜÇÜN GƏRƏK ALMAN OLASAN.

İkinci dünya savaşından sonra ortada Almaniya adlı bir xaraba vardı. Parçalanmış ərazi, yox olmuş dövlət, ayaqlar altında inləyən millət...

"Necə olacaq halımız-sabahımız?"-sualına bir alman alimi belə cavab verir ki, bizim universitelərimiz-bilim adamlarımız, beyin laboratoriyalarımız, mühacir sənərçilərimiz var....

BİLİRSİZMİ BU NƏDİR?

VƏTƏN DEYİLƏN ELM-BİLİM, DİSSİPLİN-QANUN, YARADICILIQ-SƏNƏT DEMƏKDİR.,-əlbəttə, mənə görə.

Vətənin fundamenti, inşası burdan başlar, qarğışla-alxışla deyil.

Müharibəyə girməyən Türkiyəyə indi Almaniya pul verir ki, qaçqın-köçgün deposu ol...bir-iki mütəxəssisi seçib alır, qalanı tullantı kimi verir ki, saxla ...niyəsi haqda minbir yozum, ancaq yozum. Biz ancaq hər şeyə yuxu kimi baxır gözümüzün qabağında, əlimizlə tutduğumuzu yozuruq.

Hələ xəyaldayıq, yazdıqlarımıza da baxın; xəyal, yuxu, falçılıq, mərsiyəxanlıq...

Bir yer düşünün ki, yalaqalıq ixtisasa çevrilib, alverçilik xarakterə. Dünyanın hər yerində ya bazardayıq (çünki buna yarayırıq), ya da inşaat sektorunda qara işlərdə.

Getdin düşdün "alkaş-piyanisgə" Rusiyaya, ayağısürüşgən Fransaya...heç nəyə yaramırıq, hələ bizə yaşam imkanı tanısalar...zibil qabısına yaraşdırmazlar bizim yazdıqlarımızı, elə bilməyin ki, özümü kənar tuturam, mən də sizdən biriniz.

Hə nəyisə düzəltmək, düzələcəyinə ümid etdiyimdənmi danışır-yazıram. YOOX...sadəcə özümçün , 3-5 nəfərlə söhbət edirəm elə bil. Bir də o qədər zəif, naif, anlamsız deyiləm ki, mühitin çirkablı çəkmələri altında əziləm.

SUZİKİnin yaxşı bir fikri var ki, mənim həyatım öz əsərimdi, vətəndaşlarını da özüm seçirəm, öz həyatımı-əsərimi yaradıram və orada yaşayıram.

Di sağlıqla qalın......

haçandı bir-birimizlə

ayrı dildə danışırıq

Ayrı-ayrı zamanlarda yaşayırıq.

Adım da çıxıb yadından

heç olmasa, ?№-lə

səkkiz milyon minus bir de

səkkiz milyon plyus bir de

(SƏKKİZ MİLYON MİNUS BİR şeirimdəndi)

 

Bəyən

Şərh bildir