Kəramət : - Özünə yolçuluq ÖZ SƏRHƏDDİNİ KEÇ
...Min dəfə çətindi ölkələrin sərhəddini keçməkdən ÖZÜNÜAŞMAQ. Qəliblənmiş davranışların, hamıya məqbul görünən şirin-şəkər insanlararası münasibətlərin, işlənməkdən artıq heç nə ifadə et.yən kəlmələrin və sürtülmüş sifətlərin çərçivəsi-qəfəsi-bürokratiyası-əzbərçiliyi-türməsi komfor da yaradır....mışıl-mışıl çürümə , bataqlığın çəkiciliyi elə rahat ki.
Adamın özündə min Adam var, özünüaş-dəyiş və ÖZÜNDƏN KƏNARDAKI ÖZÜNDƏ ÖZÜNLƏ YAŞA , qorxma ...cəhd elə, bilirəm ki, çoxluqda alınmır, amma səndə alınacaq.
BU qorxaqların, başqasına və ya hazır , verilmiş-alınmamış sığınmaçıların işi deyil, özündə başqa dünya kəşf edib özü özünü işğal edənlərin işidi.
ATALAR SAXTA TOXUMLAR ƏKİR (İNDİ O DA YOX) ANALAR GEYDİRMƏ ADAMLAR İSTEHSAL EDİR...
Ölkələr də belədi, ona görə normal-adam kimi adama rast gələndə şübhələnirsən:
-Necə olub ki, sən bura istehsalı deyilsən, ona görə qəbul görməzsən
İnotantik budurmu?-kütləylə bir yerdə çürümədənsə sərhəddini keçib Heçliyin mənasına varmaq, Heçlikdədir zaman-məkan.
Kosmik bir heçliyi adlamadan təzə zamana-məkana keçəməzsən...
İntihar deyil bu...intihar edən gənc dostuma yazmışdım (özünü aşa bilməyəndə fiziki qaçış yaranır).
İndi kəlmələr də intihar edir
Güllər də solacaq qəbrinin üstdə.
Ömrünün sonuncu mərtəbəsindən
Qorxma, at özünü səbrimin üstə.
..........................................................................................
Modern dünyanın şərtləri də bunu tələb edir. Kütlələrin idarə olunması çətinləşib, parçalanma baş verir həm toplumda, həm də insanın özündə, burdan qaynaqlanır, yəni toplum-kütlə artıq eyni yaşam şərtləri içində yaşamaqdan yorulub, həm də kütlələri idarəetmə mexanizmləri tükəndiyindən kontrol-komando-pult fərdin əlinə keçib, özünüidarəetmə, özkontrol insanı ÖZALLAHINA ÇEVİRİB...NƏSƏ, qəlizləşdi məsələ, gərək mövzuya qayıdıb dalğalanaq.