Kəramət :  - ƏDƏBİYYATIN PROTEİN ÇATIŞZLIĞI -  ƏQLİ QÜSURU, İSPAN QRİPİNDƏN PANDEMİYAYA

YAZARLAR, Gündəm 09:10 / 30.09.2022 Baxış sayı: 1765

 

"İnşaatçılar" metrosunun qabağında limon  satan qadının yanından keçib Elmlərdəki kitab satan dostlarımın yanına gedərkən beş limonla bir kitabın qiymətindəki müqayisədən məmnundum.

....nə qədər ağır olsa da, qürurumuza toxunsa da bizim şair-yazıçıların 85%-i aclıq, səfalət içində yaşayır, əgər buna "yaşamaq" demək mümkünsə. Evsizlikdən tutun işsizliyə, kasıbçılıqdan tutun da gündə BİR ÖYNƏ yeməyə möhtaclığa qədər. Aclıqdan-səfalətdən, satılmış-sındırılmış ruhdan müasir yazıçı tipi-obrazımı umursan, bunu gözləməklə nə yanılqıya qapıldığını da bilmirsən.

Əvvəllər fərqində olmadığımdan indi xəcalət çəkir.m; axı bütün bunları hər gün görür, məclislərdə müşahidə edirdim. 100 qram araq, nəinki bir çaynik çay, bir stəkan çay üçün hamı biri-birinin əlinə baxır..uzun müddətdi belədi..insan kimi normal fiziki ehtiyaclarını ödəyə bilməyən biri..qidalanmasından tutun əyin-başına, ailənin dolanışığına, ürəyi istədiyi biriylə bir qismət çörək yeməsinə..tetra, kinoya, konsertə, bir ölkəyə ekskursiyaya getməsinə çoxdan "əlvida" deməsinə.qədər..yazar...nə desən yazar..yaradıcılığı olmaz.

SİZ BİZİM XOŞBƏXTCƏSİNƏ ÇƏKDİRDİYİMİZ ŞƏKİLLƏRƏ, ONUN-BUNUN PROBLEMLƏRİNƏ VURĞU YAPMAĞIMIZA BAXMAYIN-BU BİR PAFOS YALAN, ÖZÜNÜ-SİZİ ALDATMAQ ANORMALİYASIDI.

ƏSLİNDƏ, MƏN DƏ BU ÇOXLUQ KİMİYƏM, SADƏCƏ BELƏ GÖRÜNMÜRƏM...belə görünmədikcə də dostlarımın misgin həyatını görməzdən gəlir, özüm özümə də kor oluram..

ŞAHLAR HƏYATA SARAYLARDAN BAXDIĞINDAN RƏİYYƏTİ GÖRMÜR.

..dayanacaqda yazıçı dostumun məhzun görünüşlü "salam" laşmasından ürəyimdəki bir səs məni geri qaytardı, o qədər də yaxın münasibətim olmayan yazıçının cibinə əlimi saldım. Aralaşınca arxamca çağırdı və qucaqlayıb doluxsundu: "Sə nə bildin ki, evə çörək almaq haqqında düşünürdüm." Söhbəti dəyişib yoluma davam etdim. Pulum olanda dostlara pul vermək sevimli xobbimdi və özümü mənfur puldan qurtarıb yüngülləşirəm, təbi ki, eyni ürəkaçıqlığıyla dostlardan da utanmadan pul alıram..(az hallarda). Və bu maddi sıxıntılar, aclıq-səfalət yazıçı nühitini (təkcə yazıçılarımı) bürüyüb...

Onu deyirdim axı 1900-üncü illərdən başlayaraq dünyanı İspan qripi sardı , sonra dünya müharibəsi , 50 milyon insanın ölümü. Müxtəlif iqtisadi-sosial böhranlar bəşəriyyətin normal düzəndə addımlamasına əngəl oldu. Sonra da faşizm, 60 milyon insanın ölümüylə nəticələndi, indi də pandemiya..yeni-yeni xəstəliklərin dərmanı da özündən qabaq hazır.

"Can al gətir, imkan olmasa, yarımcan al"..belə bir deyimimiz var. Can-ət, yarımcan-yumurta anlamı daşıyır. Yumurta proteinin 15%-ini ödəyir ancaq. Protein çatışmazlığı özüylə birlikdə yeni xəstəlikləri gətirir , bədənin müqavimət gücü azaldığından hər bir xəstəliyə açıq hala gəlir. İlk növbədə bir tikə çörək üçün qula çevrilən insan-toplum yaradılır, Bərabərində də əqli-ruhi çatışmazlıq taun kimi yayılır. Çünki DÜŞÜNƏN insan gərək deyil, ağılsız şeirlər gərəkdi. Hay-huy..bir də "iki itə para sümük atdılar" (M,Araz) Kİ..boğuşun biri-birinizlə.

Sıxdı məni bu mövzu..gəlin "soobrazim" eləyək..amma məndə indilikdə pul yoxdu..bir gülək Səməd Qaraçöp çox təmiz adamdıı, onda AYB-də bufet vardıı. Səmədə dedim ki, mənə iki pivə ala bilərsənmi? Dayanıb üzümə xeyli təəccüblə baxdı, elə bilir ki, zarafat eləyirəm..."Sən başın, doğrumu deyirsən?"..Nəhayət, inandıra bildim ki, mənim də pulum olmaya bilər və mənə pivə aldı. Hər yadıma düşəndə gülürəm, Allah səni güldürsün, ay Səməd.

Bəyən

Rəy