Kəramət : - ƏDƏBİYYAT YAŞADIĞI HƏYATDA YAŞAMIR, YAŞADIĞI HƏYATDAN UZAQDI...

YAZARLAR 07:41 / 26.05.2023 Baxış sayı: 1808

KARİKATURİZƏ OLUNAN MÖVZULAR VAXTIKEÇMİŞLİKLƏ BAĞLI..elə deyilmi..ya da Qoqolun, Mirzə Cəlilin siqlətli ümumiləşmiz obrazları zaman keçdikcə məqalə, publisistikaya çevrilir...yox e..bu başqa mövzudu, qarışdırdım biri-birinə

ƏDƏBİYYAT YAŞADIĞI HƏYATDA YAŞAMIR, YAŞADIĞI HƏYATDAN UZAQDI,-

...təkcə ədəbiyyatmı? Əlbəttə yox.

bir köpəyin qIzı-oğlu sevgidən Leyli-Məcnun olmayıb...amma ədəbiyyatımız leyliməcnunxanadı. Özünü-yaşadığı gerçəyi yazana kor oluruq

-Mənim yaşımda

heç kəs məhəbbətdən Ölməyib hələ

mən də ölmərəm...

Bax..zaman burdadı, yaşadığımız gerçək bu ikən...özümüzü saxtakarcasına irreal dünyaya köçürüb camaatın ruhunu zəhərləyirik,-

_Mən sənsiz ölmədim

məni bağışla

Əgər eşq qəhrəmanı olmaq istəyirsən get ol da..soğan soy ağla. Axı..belə yaşamırsan, belə sevib-ayrılmırsan...bəlkə davan edəsən...

-Xalq şairi oldum,

məni bağışla.

Fəxrlə gedirəm Fəxri Xiyabana

Sən də get doğma kəndimizin qəbristanına

Kənddə qəbir yerləri pulsuzdu,

məni bağışla.

Bircə nəfər də bu 10 milyon şair xalqdan bir nümunə tapa bilməzsən ki, "məni bağışlama" desin...Pah..hamısı necə də müqəddəslərmişlər.

Vətən həsrəti də, kənd həsrəti də saxta..qardaş-bacı, odey kəndin orda, nə düşmüsən Bakının küçələrində, ayb koridorlarında sülənirsən, şöhrət dilənirsən, seksual ehtiyaclarını ödəmə yeri kimi baxırsan bu şəhərə...qabağını alanmı var..

Şuşa siyahısında şəkil çəkdirməkçin pzünü cırma, get öz doğma kəndində yaşa da..ta burda oturub zarıma boş-boş,, voobşe vızqırd burdan.

Sözlərdən də mürdəşür qoxusu gəlir.

Nə isə..

Toqquşaq-ayrılaq bir cüt badətək

sevib-sevilməyə vaxt yoxdu, gözəl

..misraların müəlliflərini yazmadım, şükür..ədəbiyyatdan başqa hər şeyi bilirsiz, ya vəhy gəlir, ən azından İlham pərisi..qadınlara da , yəqin ki, İlham kişisi..ona görə ki, əks cinsdən olmasa yazmaq olmaz..

Okey-mi?...OKEY..

..mən də sənə BAY-BAY..