Kəramət : --BİZİ BİZ EDƏN NƏDİR?

BƏDBƏXTLƏRİN ƏDƏBİYYATI-NAĞILLARI
...heç zaman "hardan başlayım" haqqında düşünmə, sadəcə, başla-addım at-yeri-qılıfından çıx.
Hələ də padşahdan, Allahdan mədət uman, dua-qarğışla bəslənən toplum çürüməsini bir az da sürətləndirən tribuna-minbər-mikrofon, t/v göstərmələri...O səbəbdən ki, biz özümüzə yox, bizə göstərilənə inanırıq, ona görə ki..ÖZ deyilik, zehni çatışmazlığımızı t/v-lərlə doldurmağa çalışırıq ki, kim mükafatlanıb sa, onu ...nəyinsə başı sayırıq. Dünyanın heç bir ölkəsində onun yazıçısının mövzusu, bədii axtarışları piştaxtanın statistik göstərisiylə, ev-mənzil alqı-satqısı üzərinə qurulmaz, sosial-iqtisadi problemləri aşmayan, dolanışıq qayğısı çəkən toplum DÜşüncəni qəbul etməz, aynadan da qorxar.
Və harda gic, "kölə", bic varsa nümunə göstərilər.
"Bax, belə sarsaq olmasan, yaşamaq şansın belə yox."
Kiməsə, nəyisə sübuta çalışmağın özü qüsurludu. Yazmışdım ki,-
-HƏYATDA HAQ ARAMAQ
ÖZÜ DƏ HAQSIZ İŞDİR.
YANAR İŞILDABÖCƏKLƏR,
SÖNƏR İŞILDABÖCƏKLƏR.
BİLİrəm ki, fərd kimi toplum da duyğu-düşüncə-fiziksəl təkamül keçirir. Hardan, kimdən nə gözləyirsən ki?
Bir onu deyə bilərəm ki, xalqın ümumi dəyərlərini t/v-lər, qəzet-jurnallar (istisnalar xaric) məhv edə bimədi, hələ də dirənc var: Bu bizi Biz edən ümumi, basdırılmış əxlaqi gələnəklərdi, halbu ki, "səhnə-nümunə" irəliçi olmalı, toplumu daha yaxşıya, tərəqqiyə səsləməli, uşaqların arzuları pozuntuya uğratmamlı.
Bizim yazıçı mühiti də...təəssüf ki, cəhənnəmə odun daşıyır, şövqlə, çünki bu şeytanilikdən qazanır, bəslənir, amma SƏN MƏNİM RUHUMU ÖLDÜRƏMƏZSƏN, QAFİL.
İnanmayın, düşünün və özünüz üçün əsaslar tapın, nədən-niyə üzərində gəzişmələr edin. Düşüncə köləliyi məmur-robot yetişdirir.
MƏN YENİ ULDUZ KƏŞF ETMİŞƏM,-DESƏM-çox az adam pıçıldar ki, bu nə deyir, alə..
Nitsşenin xoşum gələn bir təsbiti var, deyir ki, varlılar kasıblara Tanrıdan (o dünyadakı cənnətdən) başqa heç nə vermədilər..
Deyilənə inanmayın, özünüz öz tanrınız olun.