Kəramət :BAĞIŞLAYIN, SİZ TƏSADÜFƏN  FRANSIZ VƏTƏNDAŞI DEYİLSİZ?

YAZARLAR 09:24 / 14.04.2024 Baxış sayı: 1258

 

Bir yeri, adamı tanımaq ayrı, insanlar hansı şərtlər daxilində-fiziki, mənəvi-yaşayırı YAŞAMAQ ayrı. Çoxları yaşadığı yerdə yaşamır, MÜHİTLƏ ARASINDA GÖRÜLMƏZ-AŞILMAZ DİVAR HÖRÜLÜB, absurd görünsə də...yəni mütləq çoxluğun duyğu-düşüncəsiylə həmahəng deyil.

XÜSUSİLƏ, BU ADINI "ŞAİR-YAZIÇI" qoyanlar, özünə "Alim, Sənətçi", hətta "Siyasətçi" deyənlər ya ötən əsrlərdə, ya da xaricdə, ya da İlahinin yanında dayanıb LİRAnın eşqiylə cuşa gəlib nağıllar danışır, qəzəl oxuyur, tamada-meyxana ritminə qapılıb yaşadığı mühitdən bir ömür uzaq olduğunun da fərqində deyil.

Yəni BƏDİ DÜŞÜNCƏ VƏ DUYĞU (BUNLARIN ARASINDA SƏRHƏD YOXDUR, KEÇİŞGƏNLİK VAR) YAŞANAN COĞRAFİYANIN BƏTNİNDƏN ÇIXIARAQ DALĞA-DALĞA ƏTRAFI ÖZÜNƏ HOPDURUB İFADƏ ETMƏLİ, ELƏCƏ DƏ ZAMANIN MÖHÜRÜ ÜSTÜNDƏ OLMALI.

Bir də...yəni, əsəri oxuyanda bilinir ki, bu əsər hansı dövrdə, hansı coğrafi məkanda yazılıb., hansı xalqın dünyabaxışını təmsil edir. Bunu bilməkçin də ədəbiyyatın dünyaca keçdiyi təkamül prosesinə bələdçilik gərək.

Dil faktoru da çox önəmli; Bədi əsər texniki, akademik dillə yazılamaz...açması ...bir az üzərində dayanmaq tələb edir...mənsə, hələlik burada nöqtələmək istəyirəm, profüssor (Rəhmətlik Oqtay Rza hamıya belə müraciət edirdi).