Kəmaləddin  Qədim : - ƏN GÖZƏL ŞEİRİMSƏN

Ədəbiyyat 10:01 / 21.11.2023 Baxış sayı: 439

 

Axı, kimsən mənimçün,

Nəsə, bilmirəm səni...

Səssən içimdən gələn,

Kəsə bilmirəm səni.

 

Təkəm, tək istəyirəm,

Nə göyçək istəyirəm...

Hönkürmək istəyirəm,

susa bilmirəm səni.

 

Eşq bu qədər asan ki?

Cansan canımda sanki.

Elə bir yuxusan ki,

yoza bilmirəm səni.

 

Gizlinimsən, sirrimsən,

Üz tutulan yerimsən.

Ən gözəl şeirimsən

yaza bilmirəm səni...