Kəmalə Abiyeva : - Hərdən dərsə gecikəndə...

Ədəbiyyat 20:28 / 17.09.2024 Baxış sayı: 1618

Hərdən dərsə gecikəndə bilməzdik,

Gecikməyin əzabları necədir.

Hansı dərsi danışsaydıq o saat,

Bilərdik ki,qiymətimiz neçədir.

 

Bu dünyanın bütün varı, dövləti,

Bizim üçün bir çantaya sığırdı.

Eyni yolu qət etsək də hər səhər,

Bu yollardan sevinc, ümid yağırdı.

 

Bir məktəbin binasaydı yuvamız,

Neçə evdən bir ünvana gələrdik.

Bu binanı ən möhtəşəm, ən gözəl

Saraylardan doğma,üstün bilərdik.