İrandakı səfirliyimizə hücum etmiş şəxs barəsində edam hökmü verildi
![](/uploads/img/posts/2024/02/07/1707145141photo1707145015jpeg-1707280769.jpeg)
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb.
Yenises.az xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.
Qeyd edək ki, ötən il yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı Səfirliyində terror aktı törədib. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.