İlahi , qorxuram mən bu payızdan - Şahverən Cavad

19:25 / 30.08.2026 Baxış sayı: 916

İlahi , qorxuram mən bu payızdan

Bir şirin duyğutək yağır yağışlar ,

İslanır yuxusu lal gecələrin .

Nəm çəkib payızın sarı köynəyi ,

Darıxır sükutu boş küçələrin .

Səkilər , dalanlar poçt qutusudur ,

Ayaqlar altında bahar verir can .

Yarpaqlar - ünvansız məktublar kimi -

Poçtalyon küləklər axtarır ünvan .

Payız dağ döşündən , ağac başından

Gəlir , Əzrayıltək - tarimar edir .

Həyatdan köç edən insan kimidir ,

Sonda bu dünyadan əliboş gedir .

Yazın yaratdığı gözəllikləri

Xəzana döndərib , niyə məhv edir ?

Payız xislətlidir , indi bu dünya :

Dağıtmaq , öldürmək baş alıb , gedir .

İlahi , qorxuram mən bu payızdan ,

İçimdə bir ümid qırılıb , söndü .

Haqqı , ədaləti yaşatmır dünya ,

Hər şey bu dünyada payıza döndü .

30 . 08 . 2026