Ağaevli Əli Hacı : - Gəl,gör necə yanmışam

Ədəbiyyat 11:41 / 29.08.2026 Baxış sayı: 990

 

Gəl,gör necə yanmışam

Küldən xəbər alginən !

Belə açıb,solmağı

Güldən xəbər alginən !

 

Yanmazdı Kərəm belə,

Beş-betər oldum hələ !

Üzüy tut,işıq gələn

Eldən xəbər alginən !

 

Yollar ölçür aclarım,

Adam olmağmış suçum !

Hara getdi saçlarım,

Teldən xəbər alginən !

 

Dağdan gələn su idim,

Özüm,özümü yudum !

Niyə axdım,qurudum

Seldən xəbər alginən !

 

Ölərdim,dərd saxlayıb

Qəm özünə bağlayıb !

Anam necə ağlayıb,

Dildən xəbər alginən !