Elnur Uğur - DÜŞDÜM
Ədəbiyyat
18:18 / 30.08.2026
Baxış sayı: 987
Əsdi külək ömrüm,
Səhralara düşdüm.
Bir qum dənəsiydim,
Dəryalara düşdüm.
Üzdüm bu sularda,
Bəxtim durular da.
Ən son sıralarda
Hardan- hara düşdüm?
Qovdu zaman ömrü,
Öpməz aman ömrü.
Canana can ömrüm,
Yoxdan vara düşdüm